Portuqaliya millisi builki matçlarını Kriştianu Ronaldusuz keçirəcək.
Oxu.Az xəbər verir ki, buna səbəb Ronaldunun indiki klubu “Yuventus”a daha çox diqqət ayırması olub.
Qeyd edək ki, Portuqaliya millisi bu ay 11-də UEFA Millətlər Liqası çərçivəsində Polşa və üç gün sonra Şotlandiya ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki matç səfərdə olacaq. Portuqaliyalılar noyabrın 17-də İtaliya və 20-də Polşa ilə Millətlər Liqasının son qrup matçlarına çıxacaqlar.
Xatırladaq ki, Portuqaliya millisi Kriştianu Ronaldusuz sentyabrın 6-da dünya çempionatının finalçısı Xorvatiya ilə yoldaşlıq (1:1) və həmin ayın 10-da İtaliya ilə Millətlər Liqası matçına (1:0) çıxmış və məğlub olmamışdı.
Səbuhi MUSAYEV
www.oxu.az