“Azərbaycan millisinin İrlandiyaya qarşı yaxşı oyununu gördük. Bu oyunda fərdi şəkildə rəqibi analiz etməmişik. Azərbaycan ümumilikdə yaxşı baş məşqçisi olan komandadır”.
Oxu.Az-ın xəbərinə görə, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santus deyib.
2016-cı ildə Portuqaliya millisini Avropa çempionu etmiş Fernandu Santus bunları qeyd edib:
“Azərbaycanın yaxşı müdafiə xətti var. Yarımmüdafiə xəttində də yaxşı çıxış edirlər. Bununla belə, Azərbaycanın altılı müdafiə ilə oynamasına da hazırıq”.
Qeyd edək ki, Azərbaycan-Portuqaliya görüşü sabah saat 20:00-da başlayacaq. Matç Bakı Olimpiya Stadionunda keçiriləcək.
Səbuhi Musayev
FOTO: Firudin Səlimov