Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Portuqaliya və İspaniya “pley-off”a çıxdı - VİDEO
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında “B” qrupunun son oyunları yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Saranskın “Mordoviya” arenasında keçirilən matçda Portuqaliya millisi İranla qarşılaşıb.
Matçda tərəflər 1-1 hesabı ilə bərabərliyə qalıb. Oyunda Ronaldu penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Qollar: Kuarejma (45-ci dəq), Ansarifard (90+2)
Paralel olaraq Kalininqradda isə İspaniya milli komandası qrupun autsayderi Mərakeşlə üz-üzə gəlib. Matçda 2-2 hesabı qeydə alınıb.
Qollar: İsko (19-cu dəq), Butaib X. (14-cu dəq), Ən-Nəsiri (82-ci dəq), Aspas (90+3)
Son yekunlara görə, qrupdan birinci yerdə İspaniya , ikinci yerdə Portuqaliya millisi çıxıb. Hər iki komandanın xalları beşə bərabər olduğundan, vurulan qolların fərqi nəzərə alınıb.
F.M.
www.oxu.az
"İran" teqi üzrə xəbərlər
- İran parlamenti qeyri-farslara ana dilində ədəbiyyatın tədrisinə qarşı çıxıb
- İran mediası: Urmiya gölünün quruması insan fəaliyyətinin nəticəsidir
- Rəsmi Tehran: "İran ABŞ ilə təzyiq altında nüvə sazişi üzrə danışıqlar aparmayacaq"
- İran prezidenti insanların ölkədən qaçmasına etiraz etdi: "Qalmalı və çətinliklərə dözməlisiniz"
- ABŞ İranla əlaqəli şəxslərə və şirkətlərə sanksiyalar tətbiq etdi