İngiltərə Premyer Liqasında V turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, lider “Mançester Siti” səfərdə “Vest Hem”dən güclü olub - 1:3.
Hesabı Ceyms Uord-Prauzla meydan sahibləri açsalar da, Jeremi Doku, Bernardu Silva və Erlinq Holandın qolları “şəhərlilər”ə qələbə qazandırıb.
Beş matçda maksimum nəticə göstərən - 15 xal qazanan “Mançester Siti” vahid liderdir. 10 xalı olan “Vest Hem” altıncı yerə düşüb.
“Tottenhem” bu tur çətinliklə qələbə qazanıb. London təmsilçisi öz meydanında “Şeffild Yunayted”dən güclü olub - 2:1. Qustavo Hamerin qonaqları hesabda irəli keçirdiyi qarşılaşmanın 90+8-ci dəqiqəsində Rişarlison bərabərliyi təmin edib. 90+11-ci dəqiqədə isə Deyan Kulusevski Ange Postekoqlunun komandasına qələbə qazandırıb.
Xallarını 13-ə çatdıran “Tottenhem” ikinci pillədə qərarlaşıb. “Şeffild Yunayted” bir xalla 17-cidir.
Faiq Tahirov