Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilib.
XXII turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
Dövrənin ilk matçı Şamaxıda keçirilib. Yeni adla ilk matça çıxan şəhərin eyniadlı təmsilçisi “Neftçi”ni qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt” - “Qarabağ” və “Səbail” – “Qəbələ” matçları ilə yekun vurulacaq.