Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Premyer Liqa: “Qarabağ” 21 yaşadək futbolçulara ən çox şans verən klubdur
Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçulara ən çox şans verən klublar bəlli olub.
Bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) rəsmi saytında bildirilib.
CIES-in araşdırmasına əsasən, siyahıya “Qarabağ” başçılıq edir. 2023-cü il aprelin 3-dən 2024-cü il aprelin 2-dək Ağdam təmsilçisində meydana çıxanların 6,2 faizinin yaşı 21-dən aşağı olub.
“Zirə” (4,6 faiz) bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. “Sabah” və “Neftçi” (hər ikisi 4,3 faiz) növbəti sıraları bölüşürlər.
“Qəbələ” (3,7 faiz) beşinci, “Turan Tovuz” (3,3 faiz) altıncı, “Sumqayıt” (3,2 faiz) yeddinci, “Kəpəz” (1,9 faiz) səkkizinci, “Araz-Naxçıvan” (0,3 faiz) 9-cu, “Səbail” (0,1 faiz) onuncudur.
"Azərbaycan Premyer Liqası (Misli Premyer Liqası)" teqi üzrə xəbərlər
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə
- Premyer Liqa: Turun son qarşılaşmasında "Zirə" qələbə qazandı
- "Qarabağ" - "Neftçi" oyununda azarkeş sayı üzrə mövsümün ikinci göstəricisi qeydə alındı
- Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub etdi
- Premyer Liqa: "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə razılaşıb