Bu gün Misli Premyer Liqasının 17-ci turunda iki görüş baş tutacaq.
Oxu.Az xəbər verir ki, günün ilk oyununda "Şamaxı" evdə "Qəbələ"ni qəbul edəcək.
Oyun Şamaxı şəhər stadionunda saat 14:00-da başlanacaq.
Günün ikinci görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək.