Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Premyer Liqa: "Kəpəz" Şamaxıdan 3 xalla ayrıldı
Azərbaycan Premyer Liqasının XV turunda "Kəpəz" klubu Şamaxıda eyniadlı komandanı məğlub edib.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş Gəncə təmsilçisinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu rəqib qapısından 69-cu dəqiqədə Paçu keçirib.
Qeyd edək ki, bu oyundan sonra "Kəpəz" aktivində olan xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində sonuncu pilləni tərk edərək 9-cu pilləyə yüksəlib.
Misli Premyer Liqasının XV turunda bu gün daha iki görüş baş tutacaq.
Oxu.Az xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Kəpəz"lə qarşılaşacaq.
Şamaxı şəhər stadionunda keçiriləcək matç 14:30-da başlayacaq. Görüşü İnqilab Məmmədov idarə edəcək. "Şamaxı" hazırda 13 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. 7 xala malik Gəncə təmsilçisi isə sonuncu - 10-cu yerdədir.
Günün digər görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Rəşad Əhmədovun idarə edəcəyi "Zirə" - "Sumqayıt" qarşılaşmasına saat 17:00-da start veriləcək.
"Zirə" turnir cədvəlində 20 xalla beşinci, "Sumqayıt" isə 16 xalla altıncı yerdədir.
Misli Premyer Liqası
II dövrə, XV tur
30 noyabr
14:30. "Şamaxı" - "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu
17:00. "Zirə" - "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, XV turun ötən gün keçirilən oyunlarında "Araz-Naxçıvan" evdə "Turan Tovuzu", "Sabah" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Tura sabah "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq.
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- AFFA Azərbaycan Premyer Liqasında çıxış edən beş klubu cəzalandırıb
- Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" görüşündə mövsümün rekordu qeydə alınıb
- Premyer Liqa: "Sabah"dan minimalhesablı qələbə
- "Sumqayıt" klubunun dörd legioneri "Zirə" ilə görüşdə komandaya kömək edə bilməyəcək
- "Şamaxı" klubundan İlkin Muradovla yollarını ayırması xəbərinə REAKSİYA
Rəylər