İngiltərə Premyer Liqasında VII turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, lider “Mançester Yunayted” bu mövsüm ilk dəfə məğlub olub.
Əvvəlki altı qarşılaşmanı qələbə ilə başa vuran “şəhərlilər” səfərdə “Vulverhempton”a uduzublar - 2:1. Hesab 13-cü dəqiqədə Ruben Diaşın avtoqolu ilə açılıb. 58-ci dəqiqədə Xulian Alvares “Mançester Siti”nin bərabərlik topunu vurub. 66-cı dəqiqədə Xi-Çxan Xvan “canavarlar”a qələbə qazandıran qolun müəllifi olub.
Məğlubiyyətə baxmayaraq, “Mançester Siti” əvvəlki kimi 18 xalla liderdir. Xallarının sayını yeddiyə çatdıran “Vulverhempton” son sıralardan uzaqlaşaraq 13-cü yerə yüksəlib.
Digər qarşılaşmalarda “Everton” evdə “Luton”a 1:2 hesabı ilə uduzub, “Nyukasl” “Bernli”ni, “Vest Hem” “Şeffild Yunayted”i öz meydanında eyni hesabla məğlub ediblər - 2:0.
Faiq Tahirov