İngiltərə Premyer Liqasında 24-cü turun oyunları davam edir.
Turun iki önəmli qarşılaşması bir gündə baş tutub.
Əvvəlcə liderlər qrupunda qərarlaşan iki komanda - “Lester”lə “Liverpul” birincilərin meydanında üz-üzə gəliblər.
Bu qarşılaşma Premyer Liqada çıxış edən türk futbolçuların mübarizəsi baxımından da maraqlı idi.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Lester”in heyətində Çağlar Söyüncü, “Liverpul”da isə debüt oyununa çıxan Ozan Kabak start heyətində başladıqları matçı əvəzolunmadan tamamlayıblar. Meydan sahiblərinin digər türk oyunçusu Cengiz Ündər isə qələbəni ehtiyat oyunçular skamyasından izləyib.