İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) İngiltərə Premyer Liqasının 2021/2022 mövsümünün simvolik komandasını açıqlayıb.
Bu barədə qurumun sosial şəbəkə səhifələrində məlumat verilib.
Heyətə aşağıdakı futbolçular daxil edilib:
Qapıçı: Alison (Liverpul)
Müdafiəçilər: Trent Aleksander-Arnold (“Liverpul”), Joau Kanselu (“Mançester Siti”), Antonio Rüdiqer (“Çelsi”), Vircil van Deyk (“Liverpul”);
Yarımmüdafiəçilər: Tyaqo Alkantara (“Liverpul”), Kevin De Bruyne, Bernardu Silva (hər ikisi “Mançester Siti”)
Hücumçular: Sadio Mane, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Kriştianu Ronaldu (“Mançester Yunayted”).
Qeyd edək ki, simvolik komandanın tərkibinə “Liverpul”dan altı, “Mançester Siti”dən üç, “Mançester Yunayted” və “Çelsi”dən isə bir futbolçu daxildir.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2021/2022 mövsümünün qalibi “Mançester Siti” olub.
