Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezidenti döyülən Türkiyə klubu 54 nəfəri məhkəməyə verdi
Türkiyənin "Fənərbağça" futbol klubu Superliqanın II turunda "Göztəpə" ilə oyunda baş verənlərlə əlaqədar 54 nəfəri məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə klubu bəyanat yayıb.
"Türkiyə Superliqasının II turunda "Göztəpə" stadionundakı oyundan öncə, matç zamanı və sonra yaşanan bütün hadisələr çərçivəsində klubumuz və prezidentimiz tərəfindən 54 nəfər məhkəməyə verilib. Onlardan bəzisi saxlanılıb, cinayət işi açılıb. Məsələ ilə bağlı TFF nəzdində də görüşlər keçirilir və proses nəzarət altındadır".
Qeyd edək ki, "Göztəpə" - "Fənərbağça" qarşılaşmasında qonaq klubun prezidenti Ali Koç və digər rəsmiləri paltardəyişmə otağına yollananda rəqibin azarkeşləri Koça yad maddələr atmağa başlayıblar. Sonra "Göztəpə" klubunun nümayəndələrindən biri Koça hücum edərək, onu yıxıb.
"Fənərbağça FK" teqi üzrə xəbərlər
- Türkiyə Kuboku: "Fənərbağça" - "Qalatasaray" matçının keçiriləcəyi tarix və saat BƏLLİ OLDU
- UEFA Avropa Liqasında dörddəbir final görüşləri nə zaman keçiriləcək?
- Sebastian Şimanski "Fənərbağça"da 17 illik rekordu təkrarladı
- Joze Mourinyo bu dəfə UEFA Avropa Liqasındakı görüşdən sonra hakimlərdən şikayətləndi
- Cenk Tosun karyerasını Yaponiyada davam etdirmək qərarına gəldi