Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki iki Azərbaycan klubunun Avropa Liqasının qrup mərhələsində oynamasını ölkə üçün böyük uğur adlandırıb.
“Azərbaycanda futbol sürətlə inkişaf edir, - Oxu.Az baş məşqçinin PAOK klubunun mətbuat xidmətinə müsahibəsindən sitat gətirir. - Hal-hazırda iki klub - “Qəbələ” və “Qarabağ” - Avropa Liqasında mübarizə aparır. Bu Azərbaycan kimi ölkə üçün böyük uğurdur.
Azərbaycan millisi də daha yaxşı oynamağa başlayıb. Komanda Avro-2016 seçmə mərhələsində son 4 oyunda məğlub olmayıb. Azərbaycanda çoxlu istedadlı futbolçular var, onlar öz üzərində işləməlidirlər. Burada yaxşı meydançalar var. Ölkənin infrastrukturunu inkişaf etdirmək üçün pulu da var”.
F.H.
www.oxu.az