Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Prosineçki: Mən hər oyunda qalib gəlmək istəyirəm
Azərbaycan yığmasının baş məşqçisi Bolqarıstan ilə sabah Avropa-2016-nın seçmə turunda baş tutacaq matçdan öncə öz təəssüratlarını bölüşüb.
“Bütün komanda sabahkı matça çox ciddi yanaşır. Yaxşı oynamaq və uğurlu nəticə əldə etmək istəyirik. Bolqarıstan Xorvatiya ilə ağır matç keçirib, bizim İtaliya ilə ağır oyunumuz olub. Mən Bolqarıstanın oyununu təhlil etdim. Komandada sürətli oyunçular var, onlar müdafiədən sürətlə hücuma keçməyə çalışırlar”, - Oxu.Az Sportbox.az-a istinadən baş məşqçinin sözlərindən sitat gətirir.
“İtaliya matçı ilə müqayisədə bizdə tərkibdə üç dəyişiklik olacaq. Meydana Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Rəşad Sadıxov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ruslan Qurbanov və Elnur Cəfərov çıxacaq.
Niyə məhz bu oyunçuların çıxacağının təfərrüatına varmayaq. Tərkib açıqlanıb.
Futbolu azarkeşlərə görə oynayırıq. Futbolçular stadionda çoxsaylı azarkeşin olmasını sevirlər. Bu, tamaşa kimi bir şeydir. Sabahkı matça az bilet satılıb? Təəssüf.
Mən bizimlə oyundan sonra Bolqarıstan yığmasının baş məşqçisinin istefaya getməsi barədə düşünmək istəmirəm. Futbolda belə şeylər olur. Mən hər bir oyunda qalib gəlmək istəyirəm və sabah da həmçinin, ümid edirəm ki, bununla yanaşı İvaylo Petev öz postunda qalacaq. Onun Bolqarıstan yığmasında işlədiyi müddət elə də uzun deyil.
“Xəzər-Lənkəran”dakı vəziyyət Rahid Əmirquliyevin yığmadakı yerinə təsir edə bilərmi? Mən vəziyyətdən xəbərdaram. Amma mənim üçün onun harda oynamağı mühüm deyil. Mən baş məşqçi olduğum müddət ərzində o yığmada oynayacaq. Yığma üçün o həmişə yaxşı oynayıb. Əlbəttə, mən Rahidin daha güclü klubda oynamasını istərdim”, - baş məşqçi bildirib.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi
- Zahid Oruc: "Qərb Gürcüstanda xərclənən 20 milyard dolların hesabını istəyir"
- Mənbicli gəncin Azərbaycan bayraqlı, "Qarabağ" yazılı köynəyi diqqət çəkdi
Rəylər