İtaliya, Fransa və İspaniyada futbol üzrə maraqlı matçlar keçirilib.
İtaliya A Seriyasında XXIII turun son oyunu "Milan" və "Yuventus" komandaları arasında keçirilib.
"Cuzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
“Milan” – “Yuventus” 0:0
Fransa çempionatında turnir cədvəlinin lideri rəqibini darmadağın edib.
PSJ öz evində “Reyms” komandasını qəbul edib. Qonaqlar dörd cavabsız qol buraxıb - 4:0.
PSJ – Reyms 4:0
İspanida 22-ci turun oyunları keçirilir.
“Barselona” turnir cədvəlinin outsayderi “Deportivo” ilə qarşılaşıb.
Matçda minimal hesabla "Barsa" qələbə qazanıb – 1:0
“Barselona” – “Deportivo” 1:0