Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

PSJ-nin baş məşqçisindən Messinin gedişi barədə AÇIQLAMA
“Argentinalı ulduz futbolçu Lionel Messi cari mövsümün sonunda PSJ-ni tərk edəcək”.
Bunu klubun baş məşqçisi Kristof Qaltye deyib.
“Futbol tarixinin ən yaxşı oyunçusuna məşq keçmək mənim üçün şərəf idi. Messi son matçını “Park de Prens”də keçirəcək. Ümid edirəm ki, onu ən yaxşı şəkildə qarşılayacaqlar”, - deyə o bildirib.
Qeyd edək ki, Messi bu mövsüm PSJ-də 38 matçda 20 qol vurub və 19 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
İyunun 3-də PSJ Fransa çempionatının 2022/2023 mövsümündə son oyununu “Klermon”a qarşı keçirəcək.
Mənbə: Footmercato
"Argentina" teqi üzrə xəbərlər
- Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"
- Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi
- ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Argentinada turistlərin gözü qarşısında aysberq çevrilib
Ən çox oxunanlar