Fransanın “Pari Sen-Jermen” (PSJ) klubu argentinalı superulduz Lionel Messi ilə danışıqları bitirib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə klub sahibinin qardaşı Həlifə ben Həmad Əl-Tani özünün “Twitter” hesabından bildirib.
“Danışıqlar rəsmən başa çatıb. Elan daha sonra veriləcək”, - deyə Əl-Tani bəyan edib. Həmin tvitə futbolçunun "PSJ" formasında şəkli əlavə edilib.
Negotiations are officially concluded. And announce later #Messi #Paris_Saint_Germain pic.twitter.com/BxlmCfARII
— خلـــيفة بـــن حمـــد آلــ ثانــــــي (@khm_althani) August 6, 2021
Xatırladaq ki, avqustun 5-də Lionel Messinin “Barselona” ilə yeni müqavilə imzalamayacağı məlum oldu. Ulduz futbolçu klubu ilə razılaşa bilməyib.