Fransa Superkuboku uğrunda görüşdə PSJ və “Tuluza” komandaları qarşılaşıblar.
Parisdəki Park de Prens stadionunda baş tutan matç nominal ev sahiblərinin qələbəsilə yekunlaşıb - 2:0.
Parislilər artıq görüşün üçüncü dəqiqəsində hesabda önə keçiblər. Yarımmüdafiəçi Li Kan İn qola imza atıb. 44-cü dəqiqədə isə Kilian Mbappe fərqi artıraraq yekun hesabı müəyyənləşdirib.
İkinci hissədə qol olmadığından PSJ çətinlik çəkmədən Fransa Superkubokuna yiyələnib. Bu, Luis Enrikenin klubun çalışdırıcısı qismində ilk mükafatı olub.
Rəylər