Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin iyunda Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyini istisna etməyib, Oxu.Az TASS-a istinadən xəbər verir.
“Həqiqətən, dəvət var. Səfərin baş tutacağını istisna etmək olmaz, lakin yekun qərar verildikdə biz əlavə məlumat verəcəyik”, deyə Peskov jurnalistlərə bildirib.
Qeyd edək ki, Bakıda keçiriləcək I Avropa Oyunları iyunun 12-dən 28-ə qədər davam edəcək.