İlk oyunda ispanlara qarşı yaxşı nəticə əldə etmişdik. Bu inamımızı artırmışdı və davamını gətirməyə çalışdıq. Amma səhvlərə yol verdik və istədiyimizi reallaşdırmağı bacarmadıq. Bizim üçün mübarizə hələ başa çatmayıb.
AFFA-dan Oxu.Az-a verilən məlumata görə, bunu futzal üzrə Fransa millisinin baş məşqçisi Pyer Jaki deyib.
O bildirib ki, İspaniya – Azərbaycan oyununun nəticəsini gözləyəcəklər: “Bir tərəfdə dünyanın ən yaxşı komandası olan İspaniya, digər yanda Avropanın ən güclü hücum xəttinə malik Azərbaycan millisi yer alacaq. Ümidimizi üzməmişik. Qazanılan nəticəyə baxmayaraq, oyunçularımla fəxr edirəm”.
A.M.
www.oxu.az