Qadın voleybolçularımız Avropa Liqasında ilk görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, B qrupunda yer alan millimiz Fransa yığması üzərində inamlı qələbə qazanıb - 3:0.
İlk hissədə 25:9 hesablı aşkar qələbə qazanan Faiq Qarayevin yetirmələri digər iki setdə çətinliklə üzləşsə də (25:23, 26:24), yekunda qalib gəlməyi bacarıb.
Yığmamız növbəti gürüşünü sabah meydan sahibi Monteneqro millisinə qarşı keçirəcək.
www.oxu.az