Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qadınlar dünyanın ən cazibədar 10 kişi idmançısını seçdi: Birinci yerin sahibi təəccübə səbəb oldu - FOTO
Britaniyanın “Illicitencounters” saytının keçirdiyi sorğu nəticəsində dünyanın ən seksual və cazibədar kişi idmançısı məlum olub.
Döyüş sənətləri və futbol idman növlərinin üstünlük təşkil etdiyi siyahıda sıralama 2 min qadının verdiyi səslə müəyyən edilib.
30 idmançı arasında keçirilən səsvermə nəticəsində 1-ci yerdə qərarlaşan idmançı böyük təəccüb doğurub və hətta “Necə yəni?” deməyə vadar edib.
Ən seksual və cazibədar kişi idmançılar arasında 10-ci yeri Konor Makqreqor, 9-ci yeri Lionel Messi, 8-ci yeri Rori Makqreqor, 7-ci yeri Cek Qriliş, 6-cı yeri Erlinq Holand, 5-ci yeri Kriştianu Ronaldu, 4-cü yeri Lyuis Hamilton qazanıblar.
İlk üçlükdə 3-cü yerə Trevis Kelsi sahib olub. 2-ci yerdə Entoni Coşua qərarlaşıb.
1-ci yerin sahibi isə Tayson Fyuri olub.
Mənbə: Haber Global
"Lionel Messi" teqi üzrə xəbərlər
- Lionel Messi oynamadı: Rəqib komanda milyonlarla dollar ziyana düşdü
- Messi gələcək karyerası ilə bağlı YEKUN QƏRARINI VERDİ
- Lionel Messi və Luis Suaresin qolları "İnter Mayami"ni 1/8 finala çıxardı
- Lionel Messi "Barselona"ya qayıdır
- Dünyanın ən çox qazanan idmançıları bəlli oldu – Ronaldu yenə liderdir