Fransanın PSJ klubu gender bərabərliyi qaydalarına əməl etmədiyinə görə 2.7 milyon avrodan çox cərimələnib.
Oxu.Az xəbər verir ki, Paris İnzibati Məhkəməsi klubun 2 milyon 728 min 468 avro cərimə ödəməsi barədə qərarı qüvvədə saxlayıb.
Qərar Fransa Əmək Müfəttişliyinin 2024-cü ilin martında verdiyi qərarla bağlıdır. PSJ 2022-ci ildəki gəlirinin 0.5 faizi həcmində cərimələnib.
Buna səbəb klubda qadın əməkdaşların ən yüksək maaş alan 10 işçi arasında kifayət qədər təmsil olunmaması olub.
Qaynar xətt:
(055) 224 12 12