Dünən Şarcda (BƏƏ) Ramazan bayramı şahmat turnirləri başa çatıb, turnirdə 23 ölkə, o cümlədən də Azərbaycan idmançıları iştirak edib, Oxu.Az xəbər verir.
114 şahmatçının oynadığı blits-turnir favorit qrossmeyster Qadir Hüseynovun qələbəsi ilə başa çatıb, o, mümkün 9 xaldan 8-ni toplayıb, yalnız əlavə meyarlara görə yerli şahmatçı Salem Abdulrəhman Salehi qabaqlayıb.
Üçüncü yerdə gənc qrossmeyster Ülvi Bacaranidir – 7,5 xal.

201 şahmatçının mübarizə apardığı rapid-turnir gərgin keçib.
Yalnız son turda qalib müəyyənləşib, polşalı Aleksandr Mista, 9 xaldan 8-ni qazanıb.
7,5 xal ilə 2-6 yerlərdə bölüm zamanı 3 şahmatçımız yer qazandı.

Əlavə əmsalların hesablanmasından sonra Ülvi Bacarani ikinci, Elmar Məhərrəmov dördüncü, Qadir Hüseynov beşinci olub.