Çempionlar Liqasında bu gün qrup mərhələsinə yekun vurulacaq.
Oxu.Az-ın məlumatına görə, bu gün A, B, C və D qruplarında son turun oyunları keçiriləcək.
A qrupunda yalnız qrup birincisinin adı son turda müəyyənləşəcək. Gələn ildən Avropa Liqasında oynayacaq komanda isə Belçika çempionudur.
B qrupunda “Barselona” I yeri təmin edib. Bu qrupda II yerin sahibi bilinmir. Eyni xala malik “İnter” və “Totenhem” bu turun oyunu ilə yeni ildən kimin Çempionlar Liqasında, kimin isə Avroliqada mübarizə aparacağını müəyyənləşdirəcək. Təbii ki, Milan klubu öz meydanında autsayderi qəbul etdiyindən daha favorit görünür.
Əsas diqqətlər C qrupuna yönələcək. PSJ Serbiyada “Srvena Zvezda”ya qalib gələrsə, digər oyunun nəticəsindən asılı olmayaraq, mübarizəni “pley-off”da davam etdirəcək. Liverpuldakı qarşılaşmanın nəticəsi isə, böyük ehtimalla, komandalardan birini 1/8 finala daşıyacaq. Yalnız PSJ-nin məğlubiyyəti və “Liverpul”un qələbəsi ingilislərlə italyanların üzünü güldürəcək. “Srvena Zvezda” İngiltərə çempionatının lideri “Liverpul”u məğlub edə bilibsə, PSJ-ni niyə yenə bilməsin ki?!
D qrupunda son tur yalnız Avroliqaya gedəcək komandanı müəyyənləşdirmək baxımından maraqlıdır. “Qalatasaray” işini çətinə salmamaq üçün öz meydanında liderliyi təmin etmiş “Portu”ya qalib gəlməlidir. Ancaq İstanbul nəhəngi uduzsa belə, Rusiya çempionunun xal itirməsi sayəsində avrokuboklardakı mübarizəsini davam etdirə bilər.
A qrupu
00:00 “Brüqe” (Belçika) – “Atletiko” (İspaniya)
00:00 “Monako” (Fransa) – “Borusiya” (Dortmund, Almaniya)
1. “Atletiko” 12
2. “Borusiya” 10
3. “Brüqe” 5
4. “Monako” 1
B qrupu
00:00 “Barselona” (İspaniya) – “Totenhem” (İngiltərə)
00:00 “İnter” (İtaliya) – PSV (Hollandiya)
1. “Barselona” 13
2. “Totenhem” 7
3. “İnter” 7
4. PSV 1
C qrupu
00:00 “Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya)
00:00 “Srvena Zvezda” (Serbiya) – PSJ (Fransa)
1. “Napoli” 9
2. PSJ 8
3. “Liverpul” 6
4. “Srvena Zvezda” 4
D qrupu
21:55 “Qalatasaray” (Türkiyə) – “Portu” (Portuqaliya)
21:55 “Şalke” (Almaniya) – “Lokomotiv” (Rusiya)
1. “Portu” 13
2. “Şalke” 8
3. “Qalatasaray” 4
4. “Lokomotiv” 3
S.M.
www.oxu.az
Oxu.Az yeniləndi!