Fernando Musleranın gedişindən sonra "Qalatasaray"da yeni kapitan Mauro İkardi olacaq.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Abdülkerim Bardakçı ikinci, Kaan Ayhan isə üçüncü kapitan olacaq.
2024/25 mövsümünü zədə səbəbindən başa vuran Mauro İkardi yenidən komanda ilə məşqlərə başlayıb.
Qeyd edək ki, Fernando Mulsera və Dris Mertens "Qalatasaray"ın çempionluqlarını qeyd etdikləri tədbir zamanı azarkeşlərlə vidalaşıb.