Qış transfer pəncərəsində "Napoli"dən satınalma hüququ ilə icarəyə götürülən Noa Lanqın gələcəyi barədə "Qalatasaray" cəbhəsində mühüm qərar qəbul edilib.
Oxu.Az xəbər verir ki, jurnalist Buçi Labanın yaydığı məlumata əsasən, İstanbul təmsilçisi niderlandlı ulduz üçün "Napoli"yə 30 milyon avro ödəmək niyyətində deyil.
İtaliya klubu ilə keçmişdə yaşanan transfer danışıqlarının təsirini nəzərə alan "sarı-qırmızılar", qarşıdan gələn yay transfer pəncərəsində enerjisini və vaxtını bu prosesə sərf etməyi düşünmür.
Yayılan xəbərlərdə, həmçinin bildirilir ki, Noa Lanqa Türkiyənin daha iki klubu yaxından maraq göstərir. Buna baxmayaraq, niderlandlı futbolçu Türkiyədə forma geyinəcəyi təqdirdə, bu komandanın yalnız və yalnız "Qalatasaray" olmasını tələb edir.