Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Qalatasaray" dörd, "Fənərbağça" beş qolla rəqiblərini darmadağın etdilər
Avropanın yaşıl meydanlarında növbəti mövsümə hazırlıqlar davam edir.
Oxu.Az xəbər verir ki, Türkiyənin iki aparıcı klubu - son çempion "Qalatasaray" və vitse-çempion "Fənərbağça" yoldaşlıq görüşləri çərçivəsində qüvvələrini sınayıblar.
Slovakiyanın "Trençin" klubu ilə qarşılaşan "cim-bom" rəqibini 4:1 hesabı ilə darmadağın edib.
"Fənər" isə İngiltərə "Hall Siti"si ilə qarşılaşmada mütləq üstünlük əldə edib. Çempionşip klubu İstanbul komandasının 5 qolundan yalnız birinin əvəzini çıxmağı bacarıb - 5:1.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar