Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
19-cu əsrin tarixi abidəsi niyə qəzalı vəziyyətə düşdü? - Qurumdan AÇIQLAMA
XIX əsrə məxsus tarixi Şollar su kəmərinin su yayma qülləsi qəzalı vəziyyətdədir. Tarixi abidənin divarları uçub, eyni zamanda çatlar əmələ gəlib. Hətta abidənin ətrafı bərbad haldadır, sanki xarabalığı xatırladır.
Ehtimal olunur ki, abidənin qəzalı vəziyyətdə olmasına səbəb ərazidə tikinti işlərinin aparılmasıdır.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məsələyə belə münasibət bildirib:
"Tikintinin getdiyi müddətdə mühafizə tədbirlərinin gücləndirilməsi məqsədilə abidənin ətrafı hasarlanıb. Eyni zamanda, abidənin qorunması ilə bağlı tikinti aparan şirkətlə görüş keçirilib və işlər bitdikdən sonra abidənin ətrafının abadlaşdırılması diqqətə çatdırılıb".
Qeyd edək ki, Şollar su kəmərinin su yayma qülləsi o vaxt eyni adlı kəmərin çəkilişi ilə əlaqədar tikilib və insanlar qüllələrə qoyulan kranlardan vedrələrlə su daşıyırlarmış. Su yayma qüllələri ötən əsrin ortalarına qədər istifadə olunub.
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Yeni virus nə qədər təhlükəlidir?
- Suriyanın siyasi xəritəsində Türkiyənin rolu
- Sərsəng və Suqovuşan su anbarlarının əhəmiyyəti: Azərbaycanın yaşıl enerji strategiyası
- Sürücülərin Ziya Bünyadov və Qara Qarayev prospektlərinin kəsişməsində qarşılaşdıqları PROBLEM
- Xronika: "Ruslar 1988-ci ilin yayında bizi maşınlara doldurub Araz çayının qırağına tökdülər"
Rəylər