Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Qalatasaray" dünya çempionunu transfer etmək istəyir
İstanbul nəhənglərindən olan olan "Qalatasaray" Argentina millisi ilə dünya çempionu olan Leandro Paredesin transferində maraqlıdır.
Oxu.Az "Aspor"a istinadən xəbər verir ki, hazırda "Roma" klubunda çıxış edən yarımmüdafiəçi Argentina klublarından birinə keçməyi prioritet hesab edir. Ancaq "Qalatasaray"ın Leandro Paredes üçün illik beş milyon avroluq maaş təklifi futbolçunun menecerinin diqqətini çəkib.
Bu səbəbdən Paredes "Qalatasaray"la danışıqlar masasına əyləşməyi qəbul edib.
Qeyd edək ki, Leandro Paredes bu mövsüm "Roma" forması ilə cəmi səkkiz oyunda meydana çıxıb, bir məhsuldar ötürmə ilə yadda qalıb.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- "Qalatasaray" Mourinyonu UEFA-ya şikayət etdi: İrqçilikdə ittiham edilir
- Okan Buruk derbidən sonra hakimi sərt tənqid etdi: "Matçı 0-0 bitirməyə gəlmişdi"
- Türkiyə Superliqası: "Qalatasaray" - "Fənərbağça" derbisi qolsuz bitdi
- "Qalatasaray" - "Fənərbağça" matçının VAR hakimləri bəlli olub
- "Qalatasaray"ın "Fənərbağça" ilə görüşdə qapısını kimin qoruyacağı bəlli olub