"Fənərbağça" ilə "Qalatasaray" arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun vaxtı dəyişdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Bakı vaxtı ilə saat 21:30-da başlaması nəzərdə tutulan qarşılaşma qeyri-sabit hava şəraiti ilə əlaqədar saat 19:45-ə dəyişdirilib.
Qeyd edək ki, Türkiyə Superkubokunun final matçı yanvarın 10-da İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.