Türkiyə Superliqasının 9-cu turunda keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” oyununa hakim təyinatları açıqlanıb.
Oxu.Az Offside.com.az-a istinadən xəbər verir ki, matçın baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarık Ongun kömək edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.
Qeyd edək ki, “Qalatasaray” – “Fənərbaxça” görüşü oktyabrın 22-i keçiriləcək.
E.Ə.
www.oxu.az