Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Qalatasaray"ın Avropa Liqasındakı matçı qar səbəbindən təxirə salınacaq?
Sabah UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "AZ Alkmaar"ı qəbul edəcək "Qalatasaray" klubunun rəhbərliyi hazırda qar yağması səbəbindən bəzi işlər görmək qərarına gəlib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-qırmızılar" matçın təxirə salınmaması üçün stadionun ot örtüyünün üzərinə brezent səriblər.
Bundan əlavə, stadionun işıqları sabah keçiriləcək görüşədək yanılı olaraq saxlanılacaq.
Qeyd edək ki, "Qalatasaray" - "AZ Alkmaar" matçı sabah Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar