Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Butan Milli Assambleyasının sədri: "Problemlərin öhdəsindən gəlmək üçün birgə işləməliyik"
"Asiya Parlament Assambleyasının (APA) iclasında iştirak etmək mənim üçün çox qürurvericidir. İlk növbədə, Asiya Parlament Assambleyasına Bakının ev sahibliyi etdiyi üçün Azərbaycan Prezidentinə dərin minnətdarlığımı bildirmək istərdim. Belə vacib bir tədbirin Bakıda keçirilməsi çox gözəldir".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Butan Milli Assambleyasının sədri Lunqten Dorci deyib.
O bildirib ki, bu il Asiya Parlament Assambleyasında 22-yə yaxın ölkə iştirak edir:
"Forumda iştirak edən ölkələrin fəxri spikerləri ilə qarşılıqlı əlaqə yaratmaq imkanımız oldu. Biz qitəmizə təsir edən vacib mövzularda müzakirələr apardıq.
Bildiyiniz kimi, biz iqlim dəyişikliyi və geopolitik problemlərlə qarşılaşırıq. Butanda xüsusilə iqlim dəyişikliyi, fəlakət və geosiyasi gərginliklərlə üzləşirik. Bu forum təkcə Asiya üçün deyil, həm də dünya üçün olduqca əhəmiyyətlidir. Ona görə də forumda həm insanların rifahına, həm qanunvericiliyə, ümumilikdə ölkələri maraqlandıran hər şeyi müzakirə etməliyik. Bu forum Asiyanın müxtəlif ölkələri ilə parlament və ikitərəfli əlaqələrimizi genişləndirə və təcrübəmizi bölüşə biləcəyimiz platformadır".
"Hesab edirəm ki, problemlərin öhdəsindən gəlmək üçün biz birgə işləməliyik. Xüsusilə hazırda xeyli insanın məcburi köçkün olduğu bəzi bölgələrdəki münaqişələr kimi ciddi məsələlərdən danışmalıyıq", - deyə sədr əlavə edib.
Mərahim Nəsib
"Asiya Parlament Assambleyası" teqi üzrə xəbərlər
- Asiya Parlament Assambleyasının növbəti illər üçün sədrləri seçilib
- Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib
- Asiya Parlament Assambleyasının komitə iclasında səkkiz qətnamə layihəsi təsdiqlənib
- Asiya Parlament Assambleyasının yeddi qətnamə layihəsi qəbul edilib
- Vecdi Gündoğdu: "Qərbdə müsəlmanlara qarşı nifrət və təhqir aradan qaldırılmalıdır"