Asiya Parlament Assambleyasının (APA) 15-ci Plenar Sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib.
Oxu.Az xəbər verir ki, layihə plenar sessiyanın iclasında səsverməyə çıxarılıb.
Yekunda Bakı Bəyannaməsi qəbul olunub.
Qeyd edək ki, dünəndən etibarən (19 fevral) Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. 35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.
Mərahim Nəsib