Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecənin ilk qarşılaşmasında "Qalatasaray" İstanbulda İtaliyanın "Yuventus" klubunu qəbul edəcək.
İzləyicilər "Qalatasaray" - "Yuventus" oyununu "CBC Sport" TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmalarında isə "Benfika" "Real Madrid" ilə, "Borrusiya Dortmund" "Atalanta" ilə üz-üzə gələcəklər. "Borrusiya Dortmund" - "Atalanta" qarşılaşması "CBC Sport" TV-də, "Benfika" - "Real Madrid" qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
17 fevral
Saat 21:45, "Qalatasaray" - "Yuventus" ("CBC Sport" TV).
18 fevral
Saat 00:00, "Benfika" - "Real Madrid" (İctimai TV);
Saat 00:00, "Borrusiya Dortmund" - "Atalanta" ("CBC Sport"TV).