Türkiyə Super Liqasında XIV turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
Oxu.Az xəbər verir ki, görüşün taleyini 18-ci dəqiqədə penaltindən vurulan qol həll edib.
Yeganə qolun müəllifi meydan sahiblərinin oyunçusu Adem Lyayiç olub.
Oyunun 62-ci dəqiqəsində isə Rikardu Kuarejmanın “Qalatasaray”ın qapısına vurduğu qol sayılmayıb. Hakim qolun oyundankənar vəziyyətdən vurulduğunu hesab edib.
Bu qələbə sayəsində “Beşiktaş” xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Qalatasaray” isə bir pillə aşağıda qərarlaşıb.