Türkiyə Superliqasının XXIII turunda səfərdə "Qalatasaray"la qarşılaşan "Adana Dəmirspor"un 3:0 hesabı ilə məğlub sayıldığı və 3 xalının silindiyi açıqlanıb.
Oxu.Az "Ajansspor"a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi açıqlama verib.
Digər tərəfdən, açıqlamaları səbəbi ilə mühakimə olunan Murat Sancaka 30 gün müddətinə idman fəaliyyətlərindən uzaqlaşdırılma və 500 min TL məbləğində cərimə tətbiq edilib.
Qeyd edək ki, "Adana Dəmirspor" matçın 33-cü dəqiqəsində təyin edilən penaltiyə etiraz edərək meydanı tərk etmişdi.