"Bavariya" ilə yollarını ayrılan Leroy Sane "Qalatasaray"la danışıqlar üçün Türkiyəyə gəlib.
Oxu.Az ntvspor.net-ə istinadən xəbər verir ki, Türkiyə nəhənginin yeni transferi Leroy Saneni gətirən təyyarə İstanbula çatıb.
Sane ilk açıqlamasında "Xoşbəxtliyim hədsizdir. İnanılmaz dərəcədə məsud olduğumu deməliyəm", - söyləyib.
"Bavariya" ilə yolları ayrılan Leroy Sane "Qalatasaray"la danışıqlar üçün Türkiyəyə gedir.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Türkiyə nəhəngi futbolçu ilə 2028-ci ilədək üç illik müqavilə imzalamaq istəyir.
"Qalatasaray" Saneyə illik 11 milyon avro maaş təklif edib.
Türkiyə nəhənginin təklifindən razı qalan Sane danışıqları İstanbulda davam etdirməyi qəbul edib.
Qeyd edək ki, Leroy Sane bu mövsüm "Bavariya" forması ilə meydana çıxdığı 25 oyunda 13 qol, altı məhsuldar ötürmə ilə yadda qalıb.
"Qalatasaray" klubunun Leroy Sane ilə danışıqları müsbət yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano şəxsi sosial şəbəkə hesabından paylaşım edib.
Məlumatda bildirilir ki, Sane uğrunda Avropa nəhəngləri də mübarizə aparırlar, lakin "Qalatasaray" futbolçunun keçidi üçün ən ideal təklifi irəli sürən tərəfdir.
Qeyd edək ki, Leroy Sane karyerasını hansı klubda davam etdirmək istədiyi ilə bağlı heç bir açıqlama verməyib.