"Qalatasaray" klubu "Mançester Siti"nin ulduz qolkiperi Ederson Santana üçün son təklifini hazırlayıb.
Oxu.Az xəbər verir ki, "sarı-qırmızılar"ın rəhbərliyi təcrübəli qolkiperi və "Mançester Siti" rəhbərliyini razı salmaq üçün menecerlərini İngiltərəyə göndərib.
Tərəflər arasında keçirilən ilkin danışıqlar müsbət yekunlaşıb.
Qeyd edək ki, 2017-ci ildən bu yana "Mançester Siti"nin şərəfini qoruyan Edersonun hazırkı dəyəri 20 milyon avrodur.