Türkiyə Super Liqasının 31-ci turunda lider “Qalatasaray” Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”u qəbul edib.
Matçın taleyini bir qol həll edib. İkardinin 12-ci dəqiqədə vurduğu top qarşılaşmadakı hesabı müəyyənləşdirib və “aslanlar”a çempionluq yarışında vacib üç xalı qazandırıb - 1:0.
Hazırda “cim-bom” 84 xalla turnir cədvəlində ilk pillədədir. Bir oyun artıq keçirən komandanı ən yaxın izləyicisi “Fənərbağça”dan 5 xal ayırır. Hataylılar isə 33 xal toplayaraq 15-ci yerə qərarlaşıblar.
Rəylər