Türkiyə nəhəngi "Qalatasaray" Argentina millisi ilə dünya çempionu olan və hazırda "Aston Villa" klubunun şərəfini qoruyan Emiliano Martinesin transferində maraqlıdır.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, "Qalatasaray" təcrübəli qolkiper üçün ilk rəsmi təklifini gün ərzində göndərməyə hazırlaşır.
Qeyd edək ki, Emiliano Martinesin transfer dəyəri 20 milyon avrodur.
"Fənərbağça" Edersonu transfer etdikdən sonra "Qalatasaray"ın hədəfi "Mançester Yunayted"in qapıçısı Andre Onana olub.
Oxu.Az "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" klubununun rəsmiləri kamerunlu qolkiperlə maraqlanırlar və yaxın günlərdə rəsmi danışıqlara başlaya bilərlər.
Qeyd edək ki, Andre Onana daha əvvəl "Ayaks" və "İnter"də çıxış edib, hazırda isə "Mançester Yunayted"in əsas qapıçısıdır.
Xatırladaq ki, "Fənərbağça" klubu Edersonun keçidi üçün "Mançester Siti" klubuna 14 milyon avro təklif etdiyindən, qolkiper "sarı-lacivərdlər"ə keçməyi qəbul edib.
