"Qalatasaray" klubu növbəti mövsümə hazırlıqlarını davam etdirir.
Oxu.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiənin mərkəzini gücləndirməyi hədəfləyən İstanbul nəhənginin diqqət mərkəzində hazırda "İnter"in futbolçusu Nikolo Barelladır.
Məlumata görə, tanınmış italiyalı menecer Corc Qardi sözügedən yarımmüdafiəçini "Qalatasaray" rəhbərliyinə təklif edib. Komandanın baş məşqçisi Okan Burukun bu ehtimalı dəyərləndirdiyi və ulduz futbolçunun transferinə yaşıl işıq yandırdığı vurğulanır.
Təcrübəli mütəxəssisin müsbət rəyindən dərhal sonra "sarı-qırmızılar" italiyalı oyunçunu rənglərinə bağlamaq üçün rəsmi təmaslara start veriblər.
Xatırladaq ki, 29 yaşlı Barella hazırkı klubu "İnter"lə 2029-cu ilin yayına qədər qüvvədə olan müqaviləyə sahibdir. Yarımmüdafiəçi arxada qalan mövsümdə İtaliya A Seriyasında 34 qarşılaşmada meydana çıxaraq 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
