Mustafa Dənizlinin istefasından sonra baş məşçi kürsüsü boş qalan və son matçlara Orhan Atikin rəhbərliyi altında çıxan “Qalatasaray”da idarəçilik Yan Olde Reykerinkə həvalə edildi.
Klubun prezidenti Dursun Özbəyin və idarəçilərin əvvəlcə Bülent Bülent Ünder, daha sonra Bülent Korkmaz, Ergün Penbe, Ayhan Akman və Emre Aşık ilə keçirdikləri görüşlər nəticəsiz qaldıqdan sonra, mövsümün sonuna qədər 1 ay bundan öncə aşağı yaş qruplarına aid komandalarının rəhbəri vəzifəsinə gətirilən hollandiyalı Yan Olde Reykerinklə işləmək qərara alınıb.
Oxu.Az xəbər verir ki, “Qalatasaray” klubunun rəsmi açıqlamasında deyilir:
“İdarə heyətinin iclasında alınan qərara görə, “Qalatasaray” peşəkar futbol komandası 2015-2016 mövsümünün sonuna qədər klubumuzun əməkdaşı Yan Olde Reykerink ilə meydana çıxacağı qərara alınıb”.