“Qalatasaray”ın futbolçusu Emre Kılınç klubun azarkeşlərindən üzr istəyib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Futbolçu “Antalyaspor”la qarşılaşmada qırmızı vərəqə aldığı üçün üzrxahlıq edib.
“Bu günki qarşılaşmada tamamilə istəmədən etdiyim hərəkət və karyeramda aldığım ilk qırmızı karta görə çox məyusam. Komanda yoldaşlarımı meydan əskik buraxdığım üçün başda onlardan və texniki heyətdən, daha sonra böyük “Qalatasaray” azarkeşlərindən üzr istəyirəm”, - deyə futbolçu bildirib.