Türkiyənin “Qalatasaray” klubunun ev oyunlarını keçirdiyi NEF stadionunun girişində kran aşıb.
İnsident nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerli vaxtla saat 12:00 radələrində baş verib.
Hadisə yerinə polis, təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya aparılıb.
Aşan kranın ərazidən çıxarılması üçün işlər görülür.
Mənbə: Sabah