Türkiyənin “Beşiktaş” klubu yay hazırlıq dövründə Azərbaycana gələcək.
Oxu.Az xəbər verir ki, Report-un “Vatan” nəşrinə istinadən verdiyi məlumata görə, səfər İstanbul klubunun başlatdığı Asiya layihəsi çərçivəsində baş tutacaq.
“Beşiktaş”ın Azərbaycana hansı məqsədlə gələcəyi bilinmir. Qış hazırlıq dövründə də belə xəbərlər yayılmış, hətta Şenol Güneşin baş məşqçi olduğu komandanın “Qarabağ”la yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulmuşdu. Lakin o vaxt bu görüş baş tutmamışdı.
Dünyada ən çox azarkeşi olan türk komandası ilə görüş yay hazırlıq dövründə və ya milli komandaların oyunları üçün verilən fasilə müddətində gözlənilir.
Z.Q.
www.oxu.az