Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Qarabağ"a qayıtmaq istəyən futbolçuya Azərbaycanın başqa klubları talib oldular
"Ferentsvaroş"un futbolçusu Ovusu Kvabena Macarıstan klubundan ayrılaraq "Qarabağ"a qayıtmaq niyyətində olduğunu açıqlasa da, Azərbaycan Premyer Liqasında çıxış edən digər komandalar da qanalı üçün təklif göndərib.
Oxu.Az xəbər verir ki, futbolçunun müvafiq açıqlamasından sonra Premyer Liqa klublarımızdan ona maraq çoxalıb.
Ovusu özü isə yalnız "Qarabağ"da oynamaq istəyini ifadə edib. O, hətta menecerinə də Ağdam klubunda oynamağa üstünlük verəcəyini deyib.
Lakin "Qarabağ"ın onu geri qaytarmaq niyyətində olub-olmadığı bəlli deyil.
Azərbaycanın iki klubu isə yüksək maliyyə təklifi irəli sürərək Ovusunun diqqətini cəlb etmək niyyətindədir.
Qeyd edək ki, Kvabena 2020-2023-cü illərdə "Qarabağ"da oynayıb. Onun "Ferentsvaroş"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ" istədiyi argentinalı hücumçunu niyə transfer etmədi? - Açıqlandı
- "Qarabağ"ın gənc qolkiperi karyerasını Serbiyada davam etdirə bilər
- Riçard Almeydanın "Qarabağ"dan ayrılmasının SƏBƏBİ
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- PFL-dən "Qarabağ" - "Kəpəz" oyunu ilə bağlı QƏRAR