"Qarabağ" Avstriya toplanışında son oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri BƏƏ-nin "Əş-Şəbəb" klubu ilə üz-üzə gələcəklər.
Bu, Ağdam təmsilçisinin toplanış çərçivəsində dördüncü sınağı olacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq görüş "Qarabağ"ın yeni mövsümün startı ərəfəsində son yoxlama oyunudur.
Qeyd edək ki, "Qarabağ" cari mövsüm Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq.
Yoxlama oyunu
16 iyul
19:00. "Qarabağ" - "Əş-Şəbəb" (BƏƏ)
"Silberstadt Arena"