"Qarabağ" futbol klubu "Ayntraxt"la oyundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionundan paylaşım edib.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi bu axşam UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın "Ayntraxt" futbol klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, 6 turdan sonra "Qarabağ" 7 xalla turnir cədvəlində 25-ci, "Ayntraxt" isə 4 xalla 33-cü pillədə qərarlaşıb.